SIM kart və batareyanı daxil etmək
Mühüm: Bu cihaz standart SIM kart ilə (şəklə bax) istifadə üçün nəzərdə tutulub.
Uyğun olmayan SIM kartlardan istifadə kart və yaı cihazı zədələyə bilər, həmçinin
kartda saxlanılan məlumat pozula bilər. Zəhmət olmasa, mini-UICC küncü olan SIM
kartdan istifadəyə dair mobil operatorunuza müraciət edin.
Cihazın işə salınması
5
Bu telefon BL-4U batareyası ilə istifadə edilmək üçün nəzərdə tutulub. Həmişə orijinal
Nokia batareyalarından istifadə edin.
SIM kart və onun kontaktları asanlıqla çızıqlar və ya əyilmə nəticəsində zədələnə bilər,
o baxımdan, kartı daxil edərkən, toxunarkən və ya kənar edərkən ehtiyyatlı olun.
1 Barmağınızı telefonun kənarındakı boşluğa qoyun və arxa qapağı ehtiyatla qaldırıb
çıxardın. Əgər batareya daxildədirsə, batareyanı qaldırın.
2 Kilidi açmaq üçün SIM kart saxlayıcısını sürüşdürün və dırnağınızla qaldırın.
3 Əmin olun ki, SIM kartın kontakt səthi aşağı doğrudur və SIM kartı SIM kart
saxlayıcısına yerləşdirin. Kilidləmək üçün kart saxlayıcısını sürüşdürün
6
Cihazın işə salınması
4 Batareyanın kontaktlarını və yerini bir-birinə uyğunlaşdırıb batareyanı daxil edin.
Arxa qapağı dəyişmək üçün aşağı kilidləri onların oyuqlarına yönəldib (1) qapaq
yerini tutana qədər onun üzərinə basın (2).