Toxunuş ekranı ilə əməliyyatlar
Toxunuş ekranının istifadəçi interfeysindən toxunuş ekranına yavaşca vuraraq yaxud
vurub saxlayaraq istifadə edin.
Proqramı və ya digər ekran elementini açmaq
Proqramın yaxud elementin üzərinə vurun.
Elementin xüsusi seçimlərinə giriş
Elementin üzərinə vurub onu saxlayın. Mümkün seçimlərlə peyda olan menyu açılır.
12
İşəsalma
Siyahıda yaxud menyuda keçid
Barmağınızı ekranda saxlayın, onu tez yuxarı və ya aşağı sürüşüdürün və sonra
barmağınızı qaldırın. Ekrandakı məzmun barmağınızı buraxdığınız zaman aldığı
sürətlə hərəkətə gəlir. Diyirləmə siyahısından elementi seçmək və hərəkəti
dayandırmaq üçün elementin üzərinə yavaşca vurun.
Diyirləmə
Barmağınızı ekranda saxlayın və istədiyiniz istiqamətdə davamlı şəkildə sürüşdürün.
Məsələn, şəklə baxdığınız zaman növbəti şəklə baxmaq üçün sola keçin. Şəkillərinizdə
tez keçid aparmaq üçün ekranda sürətlə diyirləyin sonra isə rəsmciklər arasında sola
və ya sağa keçin.
İşəsalma
13